Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın, kommunikasiya direktoru Fahrettin Altun və müavinləri ilə basketbol oynayıb.
Türkiyə mətbuatı xəbər verir ki, bununla bağlı sosial şəbəkədə ölkənin gənclər və idman naziri Osman Aşkın Bak paylaşım edib.
O, fotonu "Prezidentimizlə basketbol oynamağa davam edirik. Arxa lövhədə də gördüyünüz kimi, Yaşıl Komanda qalib gəlir. Formadayıq", şərhi ilə paylaşıb.