Bayden "Fransadan daha sadiq müttəfiqimiz yoxdur" dedi - AMMA MAKRONLA GÖRÜŞƏ 1 SAATDAN ÇOX GECİKDİ
ABŞ Fransanı əsas müttəfiqlərindən biri hesab edir.
 
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Romada Fransa Prezidenti Emmanuel Makronla görüşündə deyib.
 
Baydenin sözlərinə görə, Vaşinqton və Paris dünyanın bütün regionlarında birgə işləyə bilər.
 
"Bizim Fransadan daha sadiq müttəfiqimiz yoxdur. Dünyada elə bir yer yoxdur ki, biz birlikdə işləyə bilməyək", - ABŞ Prezidenti vurğulayıb.
 
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Cozef Baydeni Avropa İttifaqı ilə NATO arasında strateji tərəfdaşlıq, terrorizmlə mübarizə və digər qlobal mövzuların müzakirəsinə dəvət edib.
 
"Fransa-ABŞ əməkdaşlığının gücləndirilməsi istiqamətində işlərə başlamışıq. Hesab edirəm ki, biz gələcəyə baxmalıyıq", - Makron qeyd edib.
 
Senzor.az xatırladır ki, Bayden Makronla görüşə bir saatdan çox gecikib.
 
Belə ki, görüşün yerli vaxtla saat 16:15-də başlanması planlaşdırılsa da, Baydenin korteji Fransa səfirliyinin ərazisinə yalnız saat 17:40-da çatıb.
 
Sonradan məlum olub ki, yubanma ABŞ Prezidentinin kortejinə aid avtomobilin qəzaya düşməsi ilə bağlıdır.  Qəza avtomobil Vatikandan Kvirinal sarayına yola düşərkən qeydə alınıb.
 
Bildirilib ki, hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Qəzaya uğrayan avtomobildə konkret kimin olduğu isə açıqlanmayıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.