İyunun 14-nə keçən gecə Rusiya silahlı qüvvələri Odessa şəhərinin mülki infrastrukturlarını dörd “Kalibr” raketi ilə vurub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Daxili İşlər Naziriliyindən məlumat verilib.
Nəticədə Odessada ticarət mərkəzi, təhsil müəssisəsi, yaşayış kompleksi, qida obyektləri və mağazalar dağıntıya məruz qalıb.
İlkin məlumata görə, dağıntılar nəticəsində azı 3 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Dağıntılar təmizlənir, onların altında hələ də insanların olduğu istisna edilmir.
“Cənub” Hərbi Komandanlığının yaydığı məlumata görə, “Kalibr” tipli 4 qanadlı raketdən ikisi Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Monitorinq qruplarının məlumatına görə, Rusiya tərəfi Ukraynanın şərq və mərkəzi rayonlarında gecə saatlarında kamikadze dronlardan da istifadə edib.