ABŞ-da Türkiyə konsulunu qətlə yetirən və həbs olunan ASALA terrorçusu...
ARTIQ ERMƏNİSTANDADIR
Türkiyənin Los-Ancelsdəki baş konsulunu öldürən ASALA terror təşkilatının üzvü Ambik Sasunyan azadlığa buraxılıb və Ermənistandadır.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə “Daşnaksütyun” partiyası məlumat yayıb.
 
Sasunyan özü də "Facebook" paylaşımlnda artıq Ermənistana gəldiyini yazıb.
 
Xatırladaq ki, o, 1963-cü il yanvarın 5-də Livanın paytaxtı Beyrutda anadan olub. Bir müddət sonra ailəsi ilə birlikdə ABŞ-a köçüb. Erməni Gənclər Federasiyası (Armenian Youth Federation) və “Erməni soyqırımına ədalət uğrunda” erməni terror təşkilatının üzvü olub. 1982-ci il yanvarın 28-də səhər saatlarında terrorçu Krikor Saliba ilə birlikdə avtomobili işıqforda dayanan Türkiyənin baş konsulu Kamal Arıkana odlu silahdan atəş açaraq qətlə yetirib. ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan hadisəni terror aktı adlandıraraq, qətli pisləyib.
 
Erməni terrorçu 1984-cü ildə ömürlük həbs cəzasına məhkum edilmişdi. İstintaqdan yayına bilən K.Salibanın isə həmin ildə Livandakı vətəndaş müharibəsində öldürüldüyü iddia edilib. 2006 və 2010-cu illərdə ABŞ məhkəməsi Sasunyanın əfv edilməsi ilə bağlı müraciətini təmin etməyib. 2016-cı ildə onun azad olunması qərarı o vaxtkı Kaliforniya qubernatoru Cerri Braun tərəfindən rədd edilib. Qubernator bu qərarı ABŞ dövlət katibi Reks Tillersonun və baş prokuror Ceff Seşşonun məktubları ilə əsaslanıdırıb.
 
2019-cu ilin dekabrında Məhbuslara Azadlıq Şurası Sasunyanı azad etmək qərarına gəlib, lakin əyalət qubernatoru Qavin Nyusom bu qərarı rədd edib.
 
24 fevral 2021-ci ildə isə Los - Anceles Məhkəməsi qubernator Nyusomun qərarını ləğv edib. Qubernator bildirib ki, bundan sonra məhkəmənin qərarından apellyasiya şikayəti verməyəcək.
 
Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ilin aprelində Sasunyanın azadlığa buraxılması ilə bağlı demişdi: “Bizə tarix dərsi verməyə çalışanların ASALA terroruna göz yummaları tamamilə ikiüzlülükdür”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.