Hakan Fidan Darçiaşvili ilə Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli formatını müzakirə edib

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.


APA xəbər verir ki, məlumatı Gürcüstan XİN yayıb. 


Bildirilib ki, İliya Darçiaşvili Hakan Fidanı Türkiyənin xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzu edib.


“Telefon danışığı zamanı nazirlər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər və iki ölkə arasında yüksək səviyyəli səfərlərin vacibliyi vurğulanıb”, - Gürcüstan XİN-in məlumatında qeyd olunub.


İliya Darçiaşvili türkiyəli həmkarına Gürcüstanın ərazi bütövlüyünə və Avro-Atlantik inteqrasiyasına verilən dəstəyə görə təşəkkür edib.


Söhbət zamanı iki ölkə arasında əməkdaşlığın regiondakı sülh proseslərinin müsbət istiqamətində inkişaf etdirilməsi, regionun sabit və dayanıqlı inkişafı baxımından vacibliyi vurğulanıb.


XİN başçıları Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli formatının işini müsbət qiymətləndiriblər. Nazirlər üçtərəfli görüşün keçirilməsinə hazır olduqlarını ifadə ediblər.


XİN-in məlumatına görə, İliya Darçiaşvili Hakan Fidanı Gürcüstana səfərə dəvət edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.