2023-cü ilin 1-ci yarısında qoşunların hazırlıq səviyyəsinin qiymətləndirilməsi və yekunlaşdırılması çərçivəsində Ermənistan müdafiə nazirinin 1-ci müavini, Baş Qərargah rəisi general-mayor Edvard Asryan tərəfindən kompleks yoxlamalara başlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qoşunların döyüşə hazırlığı, döyüş qabiliyyəti, idarə edilməsi və təminatının təşkili yoxlanılır.
Yoxlamalara bütün qüvvələrin, hərbi hissələrin və xüsusi təyinatlıların qüvvə və vasitələri cəlb olunub.