Ukrayna kəşfiyyatı Kadırovu axtarır - ÇEÇEN LİDER CANGÜDƏNLƏRİNİN SAYINI VƏ XƏRCLƏRİNİ İKİQAT ARTIRDI

2023-cü ildə Ramzan Kadırov və ailəsinin müdafiəsinə təxminən 201 milyon rubl (təxminən 2 milyon 300 min ABŞ dolları) xərclənəcək ki, bu da son beş ildə rekord məbləğ sayılır.

 

Bununla bağlı Rusiyanın müxalifyönlü teleqram kanalları məlumat yayıblar.

 

Kadırovun cangüdənlərinə çəkdiyi xərcin miqdarı dövlət satınalmaları saytındakı rəqəmlər araşdırıldıqdan sonra məlum olub. Çeçenistan rəhbərinin və onun qohumlarının təhlükəsizliyi Çeçenistan Respublikasındakı Pensiya Fondunun bütün qurumlarının təhlükəsizliyindən 70 milyon rubldan da çoxdur (onların müdafiəsi üçün cəmi 130 milyon vəsait ayrılıb). Kadırovun qorunması Marinski Teatrının bütün obyektlərindən bir neçə dəfə baha başa gəlir. Teatrların mühafizəsinə cəmi 118 milyon rubl xərclənəcək.

 

Çeçenistan rəhbərinin təhlükəsizliyinə Milli Qvardiya Qoşunlarının Şəxsi Təhlükəsizlik İdarəsi cavabdehdir. Kadırovların müdafiəsi iki dövlət departamenti- “Dövlət Xəzinə İdarəsinə bağlı" Çeçenistan Başçısı və Hökuməti Administrasiyasının Fəaliyyətinə Dəstək Mərkəzi" və “Təsərrüfat İdarəsi" tərəfindən sifariş edilir. Birincinin xərcləri son illərdə sabit qalıb- 102,2 milyon rubl. Lakin "İqtisadiyyat İdarəsi" bu il xərcləri 2 milyondan - 98,2 milyon rubla qədər artırıb.

 

Onlar bu pula Qarajnaya küçəsində Çeçenistan administrasiyasının, Putin prospektində Çeçenistan hökumətinin binalarını, eləcə də Kadırovlar ailəsinin iqamətgahlarını və təsərrüfatlarını qoruyurlar. Ümumilikdə Çeçenistan hakimiyyəti 360 mühafizəçi işə götürüb.

 

Musavat.com xatırladır ki, Ukrayna Təhlükəsizlik İdarəsi (UTİ) Ramzan Kadırovu axtarışa verib. Bundan sonra Kadırovun təhlükəsizliyi üçün xərclərin məbləği daha da artıb. Bu günlərdə Kadırov cəbhəyə getmək əvəzinə şəxsi “Airbus A319” təyyarəsi ilə Dubaya uçmağa üstünlük verir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.