Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvana səfər etmiş Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibinin "Facebook" hesabında məlumat verilib.
Görüşdə Aİ-Ermənistan münasibətləri müzakirə olunub.
Qeyd edək ki, Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin nümayəndə heyəti iyunun 22-dək Ermənistanda səfərdədir.
Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin (SEDE) səfərinin əsas məqsədi Ermənistandakı təhlükəsizlik vəziyyətini, Ermənistanla Azərbaycan arasında normallaşma prosesini, eləcə də fevral ayında fəaliyyətə başlayan Aİ-nin Ermənistandakı mülki missiyasının (EUMA) fəaliyyətini qiymətləndirməkdir.(APA)