Qərbin Bakı ilə İrəvan arasında sülh prosesinə kömək etmək istəyi səmimi deyil - LAVROV

Qərbin Bakı ilə İrəvan arasında sülh prosesinə kömək etmək istəyi səmimi deyil.


Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Belarusun paytaxtı Minsk şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri Şurasının iclasının yekunlarına dair jurnalistlərə müsahibəsində deyib.


Nazirin sözlərinə görə, Rusiya beynəlxalq fiqurların Bakı ilə İrəvan arasında sülh prosesində vasitəçilik etməyə cəhdlərinə qarşı deyil.


“Təəssüf ki, ABŞ və Avropa İttifaqının hazırkı fəaliyyətində biz onu görürük ki, danışıqlar prosesinə kömək etməkdən daha çox regiona nüfuz etmək istəyirlər. Rusiyanın hüquqi maraqlarına təzyiq göstərmək istəyini görürük”, - Lavrov qeyd edib.


XİN rəhbərinin fikrincə, Qərbin bu cür hərəkətləri onu göstərir ki, NATO-ya üzv ölkələrin və Aİ ölkələrinin sərhədlərindən uzaqda olan regionlara genişlənmək istəyir və bunun da vəziyyətin sabitləşməsinə kömək etmək üçün səmimi istəklə heç bir əlaqəsi yoxdur: “Ümid edirəm ki, İrəvandakı və Bakıdakı həmkarlarımız bunu başa düşürlər. Ən azından biz onlarla baş verən hadisələri açıq şəkildə müzakirə edirik”.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.