Milli Məclisin (MM) sədri Sahibə Qafarova Avstriya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Şurasının sədri Volfqanq Sobotka ilə birlikdə paytaxt Vyanada yerləşən İmperial Xəzinə Muzeyində olub.
Bu barədə Senzor.az-a MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qonaqlara muzeydə saxlanılan eksponatlar haqqında məlumat verilib. Bildirilib ki, muzeydə Avstriyada 800 il hakimiyyətdə olmuş Habsburq sülaləsinə aid tarixi əhəmiyyətə malik eksponatlar qorunur. 23 otaqda yerləşən muzey dini və dünyəvi olmaqla iki hissədən ibarətdir və burada Avstriya imperatorlarının tacqoyma mərasimlərində istifadə edilmiş tac və geyimlər, onlara hədiyyə olunan zinyət əşyaları, incəsənət kolleksiyası və s. nümayiş olunur.