Almaniya prezidenti “Zərifə Əliyeva” gəmi-bərəsində olub
FOTO

Almaniya prezidenti Frank-Valter Staynmayer, Qazaxıstanın Baş naziri Alixan Smailov və Kurık limanının direktoru Serik Axmetov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Kurık limanına yan almış RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsində olublar.


ASCO-dan verilən məlumata görə, Almaniya prezidentinə məlumat verilib ki, “Zərifə Əliyeva” gəmi-bərəsi ASCO-nun donanmasındakı digər bərələrlə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin inkişafında mühüm rol oynayır.


Gəminin kapitanı Təhmiraz İsmayılov Frank-Valter Staynmayerə bildirib ki, “Zərifə Əliyeva” gəmi-bərəsi Azərbaycanda istehsal olunub. Bu gəmi yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyük olmaqla, 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TİR daşımaq imkanına malikdir.


Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin dəvəti ilə Almaniya prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstana rəsmi səfərə gəlib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.