Ukrayna Krımla Xerson vilayətini birləşdirən körpünü vurdu - BRİTANİYA RAKETLƏRİ İLƏ

Ukrayna ordusu ötən gecə Krımla Xerson vilayətini birləşdirən Çonqarski körpüsünə raket zərbələri endirib.

 

Bu barədə Krımdakı separatçıların başçısı Sergey Aksenov Teleqram kanalında yazıb.

 

Onun sözlərinə görə, itki yoxdur.

 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

 

Rusiya Xerson vilayətini işğal edəndən sonra vilayətə qondarma qubernator təyin etdiyi Vladimir Saldonun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Xerson vilayəti ilə Krım arasındakı inzibati sərhəddəki körpülərə zərbələr endirmək üçün Böyük Britaniya istehsalı olan “Storm Shadow” raketlərindən istifadə edib. Həmin raketləri Kiyevə London verib.

 

“Report” xatırladır ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bir neçə gün əvvəl Ukrayna Silahlı Qüvvələrinın Krıma HIMARS və "Storm Shadow" raketləri ilə zərbə endirməyi planlaşdırdığını bildirmişdi. O demişdi ki, bu, ABŞ və Böyük Britaniyanın münaqişəyə tam cəlb olunması anlamına gələcək: “Xüsusi əməliyyat zonasından kənarda “HIMARS” və “Storm Shadow” raketlərinin istifadəsi Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə dərhal zərbələr endirilməsi ilə nəticələnəcək”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.