
“Report” xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya brifinqdə məlumat verib.
O, müxalifət tərəfdarlarını aksiyaya çağırıb: "Ötəngünkü seçkilər tam olaraq saxtalaşdırılıb. Dünən mübarizə bitməyib, əksinə-başlayıb. Özünə hörmət edən istənilən Gürcüstan vətəndaşı dünən baş verənlərlə barışmağa hazırlaşmır".