İranın Rusiyadan üz döndərə biləcəyinə dair heç bir siqnal yoxdur.
Bunu TASS-a Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
"Rusiya və İranın xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyətindən danışsaq, bu qarşılıqlı fəaliyyət yaxşı səviyyədədir. Keçən ilin sonunda orada idim. Böyük, məzmunlu görüşlər keçirildi ki, bu da digər məsələlərlə yanaşı, məzmunlu qarşılıqlı fəaliyyət ilə nəticələndi. Müavinim İranda ezamiyyətdə olub, yaxşı iş görülüb”.
Narışkin Rusiya ilə Türkiyə arasında xüsusi xidmət orqanları səviyyəsində əməkdaşlıqdan danışıb. Qeyd edib ki, Moskva və Ankaranın xüsusi xidmət orqanları vasitəsilə etibarlı rabitə kanalı var.