“Gürcüstan, Azərbaycan və Qazaxıstanın Orta dəhlizlə bağlı konkret yol xəritəsi var”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qazaxıstandan olan həmkarı Alixan Smailovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O xatırladıb ki, keçən ilin noyabrında tərəflər arasında üçtərəfli memorandum imzalanıb: “Bu layihə ilə bağlı Azərbaycan və Qazaxıstanla əməkdaşlıq edirik”.
Qeyd edək ki, Qazaxıstanın Baş naziri A.Smailov Tbilisidə səfərdədir.