Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingenti qanunsuz erməni silahlı birləşmələri tərəfindən daşınan hərbi yüklərin mühafizəsinə davam edir.
Senzor.az bildirir ki, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Təqdim edilən videogörüntülərdə sülhməramlıların zirehli texnikasının müşayiəti ilə yük və minik maşınlarının hərəkəti aydın görünür.
Xatırladaq ki, bundan əvvəl də Rusiya sülhməramlı qüvvələrinin erməni separatçılara yardımı ilə bağlı görüntülər yayılmışdı.