Priqojin: “Şoyqu və Gerasimov tribunal qarşısına çıxmayınca, dayanmayacağıq” -
YENİLƏNİB, VİDEO/ FOTO

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rostovda ələ keçirdiyi hərbi dairələrdən birində İnquşetiyanın keçmiş rəhbəri, hazırda isə Rusiya müdafiə nazirinin müavini olan Yunus-Bek Yevkurov və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Vladimir Alekseyevlə görüşüb.

Y.Priqojin generallarla hədələyici tonda danışıb. 

O, Yunus-Bek Yevkurovun və Vladimir Alekseyevin diqqətinə çatdırıb ki, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov saxlanılıb hərbi məhkəmə qarşısına çıxarılmayanadək “Vaqnerçi”lər hərəkətlərini dayandırmayacaqlar.

**09:13

“Rostov şəhərinə giriş-çıxışı bağlayırıq və Moskvaya doğru irəliləyirik”.

Bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib.

**08:55

“Vaqner” rəhbəri Yevgeni Priqojin bildirib ki, “könüllülər” tərəfindən Cənub Hərbi Dairəsi Qərargahı ələ keçirilib. Həmçinin döyüş aviasiyasının uçuşunun qarşısını almaq üçün aerodrom da ələ keçirilib.

Onun sözlərinə görə, “Vaqner” logistika və sanitar bortlara əngəl yaratmayacaq.

**08:37

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də Rostov şəhərindədir.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlarda Y.Priqojin “Vaqner” döyüşçüləri ilə birlikdə Rusiya ordusunun Cənub Hərbi Dairəsinin qərargahına daxil olub.

**08:14

Rostov şəhərinə daxil olan “Vaqner” üzvlərinin fotoları yayılıb.

TASS-ın yayımladığı fotolarda maraqlı bir məqam diqqətdən yayınmayıb.

Belə ki, Rostov şəhərinə daxil olan “Vaqner” üzvləri formalarından qruplaşmaya dair bütün nişanları çıxarıblar. Bununla onlar mümkün toqquşmalaradan özlərini qorumağa çalışıblar.

 

**02:28

“Rostova daxil oluruq. Qarşımıza çıxan hər şeyi məhv edəcəyik”.

 

Senzor.az bildirir ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin deyib.

 

Onun sözlərinə görə, sərhədçilər “Vaqnerçi”lərə müqavimət göstərməyib: “25 minlik ordu ilə Moskvaya doğru hərəkət edirik. Onlar bizi qarşılayıb, qucaqladılar. Sona qədər gedirik. Biz uşaq qatili deyilik. Uşaq qatili Şoyqudur(Rusiyanın müdafiə naziri Sergey Şoyqu – Qeyd ). O, 18 yaşlı uşaqları döyüş meydanına atır”.

 

“Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı vurğulayıb ki, Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov təyyarələri havaya qaldırmaq və mülki əhali arasında hərəkət edən kolona atəş açmaq əmrini verib: "Pilotlar əmrə tabe olmaqdan imtina ediblər. Onlar üçün mülki vətəndaşları öldürmək heçnədir".  

Bu arada BBC xəbər yayıb ki, Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskva departamentinin əməkdaşları həyəcan siqnalı əsasında toplanılıb, mərkəzi küçərlərə hərbi texnikalar yeridilib.

 

Xüsusi xidmət orqanlarına və orduya yaxın mənbələr bildiriblər ki, Don şosesində (Moskva-Voronej-Rostov-na-Donu) FTX “SOBR”ın dəstəyi ilə postlar qurub, məntəqələrdəki növbətçilərə təhlükə zamanı öldürmək üçün atəş açmaq əmri verilib.

 

Bundan əlavə, Rusiya mətbuatı Moskvada təhlükəsizlik qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini, “Qala” planının da həyata keçirildiyini yazıb. 

Eyni zamanda Daxili İşlər Nazirliyinin, Rusiya Qvardiyasının bütün heyətinin döyüş hazırlığı vəziyyətinə gətirilib, Luqansk və Donetsk ilə sərhəddəki postlar gücləndirilib.

 

Bundan başqa Moskvada bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.

 

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

 

Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək.  


**00:31



Rusiyanın “Vaqner” özəl hərbi şirkəti Rusiya Federasiyasının nizami qoşunlarının hücumuna məruz qaldıqlarını iddia edir.

 

Senzor.az bildirir ki, bu barədə şirkətə aid sosial şəbəkə hesablarında paylaşımlar edilib.

 

““Vaqner” düşərgələrinə raket hücumu həyata keçirilib. Çox sayda qurban var. Hücuma şahid olan döyüşçülərin sözlərinə görə, arxadan zərbə endirilib, yəni hücum Rusiya Müdafiə Nazirliyinin hərbçiləri tərəfindən həyata keçirilib”, - deyə paylaşımda qeyd edilib.

 

“Çox sayda döyüşçümüz həlak olub. Buna necə cavab verəcəyimiz barədə qərar qəbul ediləcək. Növbəti addım bizimkidir”, - deyə şirkətin rəhbəri Yevgeni Priqojin qeyd edib.

 

Priqojinin sözlərinə görə, “Vaqner”in mövqelərinə hücuma şəxsən Rusiya Müdafiə Naziri Sergey Şoyqu rəhbərlik edib.

 

“Müdafiə naziri “Vaqner”i məhv etmək üçün əməliyyat aparmaq məqsədilə xüsusi olaraq Rostova gəlib. O, bizi məhv etmək üçün qaranlıqda artilleriyaçılardan və helikopter pilotlarından istifadə edib”, - deyə Yevgeni Priqojin vurğulayıb.

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu xəbərləri təkzib edib və yalan məlumat adlandırıb.

 

“Yevgeni Priqojinin adından sosial şəbəkələrdə yayılan, Rusiya Müdafiə Nazirliyinin “Vaqner”in düşərgələrinə zərbə endirməsi ilə bağlı bütün məlumatlar və videokadrlar reallığı əks etdirmir və informativ təxribatdır”, - deyə nazirlikdən bildirilib.

 

Kreml sözçüsü Dmitri Peskov isə qeyd edib ki, Prezident Vladimir Putin Priqojin ətrafında cərəyan edən vəziyyətdən xəbərdardır və bütün lazımi tədbirlər görülür.

 

Bir az əvvəl xəbər yayılıb ki, Rusiya Federal Təhlükəsizlik Xidməti "Vaqner" özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinin silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb.

 

Milli Antiterror Komitəsi isə "Vaqner"in rəhbərindən qanunsuz hərəkətləri dayandırmağı tələb edib.


Lap son məlumata görə, “Vaqner”in Sankt-Peterburq şəhərindəki ofisinin qarşısına Milli Qvardiyanın hissələri yeridilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.