Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə şənbə günü saat 21:00-da ikinci dəfə telefonla danışıb.
Bu barədə Belarus liderinin mətbuat xidmətinə yaxın Telegram kanalı Pool of the First məlumat yayıb.
Bildirilib ki, Belarus Prezidenti Putinə "Vaqner"in rəhbərliyi ilə danışıqların nəticələri barədə ətraflı məlumat verib. Rusiya lideri Lukaşenkoya Yevgeni Priqojinlə danışıqların nəticəsinə görə təşəkkür edib.
Xatırladaq ki, Lukaşenko ilə danışıqlardan sonra Priqojin Moskvaya yürüşü dayandırdı və hazırda “Vaqner”çilər öz düşərgələrinə qayıdırlar.