NATO “Vaqner”ə görə Rusiya Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb

NATO nüvə insidentindən qorxduğu üçün “Vaqner” Xüsusi Hərbi Şirkətinə görə Rusiya Müdafiə Nazirliyi ilə qeyri-rəsmi təmaslar aparıb.


Bu barədə “La Repubblica” qəzetində yerləşdirilmiş materialda deyilir. 


Qəzet qeyd edib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ən etibarlı həmsöhbət hesab olunur. Onun versiyasına görə, ABŞ prezidenti Co Bayden ilə İtaliyanın baş naziri Giorgi Meloni də daxil olmaqla, Avropanın aparıcı dövlət və hökumət başçıları arasında danışıqların əsas mövzuları məhz eskalasiya riskinin və nüvə insidentinin qarşısının alınması olub.


Qəzetin yazdığına görə, NATO-nun diqqəti dərhal istifadəyə hazır olan 1400-dən çox nüvə başlığına yönəlib. Nəşrin müəlliflərinin fikrincə, Qərb dərhal bildirmək istəyirdi ki, onun qüvvələri üsyançıların qərar verdiyi hərəkətlərdə heç bir rol oynamır.


Xatırladaq ki, iyunun 23-də Priqojin Rusiyanın hərbi rəhbərliyini “Vaqner” düşərgələrinə hücumda və döyüşçüləri öldürməkdə günahlandırdı, buna cavab verəcəyini vəd etdi. Müdafiə Nazirliyi bu məlumatı təkzib edərək, təxribat kimi qiymətləndirdi.


Ertəsi gün səhər Priqojin Rostovdakı və Voronejdəki hərbi obyektlərə nəzarəti və ÖHŞ döyüşçülərinin Moskvaya getmək niyyətini açıqladı. Amma axşam saatlarında bu planlarından əl çəkdi. Bundan əvvəl Minsk Priqojinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqları haqqında məlumat verdi.


Bildirildi ki, danışıqlar zamanı ÖHŞ döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə razılıq əldə edilib. Kremldən onların məsuliyyətə cəlb edilməyəcəyi, Priqojinə qarşı silahlı qiyamın təşkili ilə bağlı (Cinayət Məcəlləsinin 279-cu maddəsi) cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedə biləcəyi vədi verildi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.