Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Ukrayna lideri Teleqram kanalında məlumat yayıb.
Tərəflər hərbi əməliyyatların gedişini, uzaqmənzilli silahlara diqqət yetirilməklə əməkdaşlığın genişləndirilməsini, həmçinin Rusiyada baş verən son hadisələri müzakirə ediblər.
"ABŞ Prezidenti Cozef Baydenlə danışdım. Müsbət və ruhlandırıcı söhbət oldu. Hərbi əməliyyatların gedişini, Rusiyada gedən prosesləri müzakirə etdik. Beynəlxalq asayiş bərpa olunana qədər dünya Rusiyaya təzyiq etməlidir", - deyə Zelenski vurğulayıb.