Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan 26 iyun - ölkəmizin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.
Senzor.az xəbər verir ki, o bu barədə "Tvitter"də yazıb.
"Qəhrəman Azərbaycan Ordusu 105 yaşında! Dost və qardaş ölkə Azərbaycanda xidmət edən hərbçilərin 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü mübarək olsun".