İranın Kiprdə planlaşdırdığı hücumlar zərərsizləşdirilib

Tehranın bir sıra ölkələrdə törədilən terror aktlarında bu və ya digər şəkildə iştirakı, habelə bir sıra terrorçu qruplaşmaları dəstəkləməsi beynəlxalq aləmə məlum olan faktlardan biridir. Bu günlərdə Kiprdə belə bir cəhdin qarşısı alınıb.


Kiprin “The Phile News” saytı bildirir ki, İsrail və Amerika kəşfiyyat xidmətlərinin köməyi ilə Kiprdə yəhudilərə və İsrail vətəndaşlarına qarşı planlaşdırılan terror aktını neytrallaşdırılıb.


Kipr mediası hücumun SEPAH ilə əlaqəli olduğunu və bu qüvvələrin son iki ildə Kiprdə ikinci belə əməliyyat həyata keçirdiyini yazıb.


Məlumata görə, terrorçular Kipr adasının şimal hissəsindən mümkün hücum üçün baza kimi istifadə ediblər, Kiprin təhlükəsizlik və kəşfiyyat xidmətləri isə son bir neçə ayda terror yuvasını yaxından izləyiblər.


Adı açıqlanmayan məlumatlı məmurlardan biri vurğulayıb ki, sui-qəsdin qarşısının alınması Kiprin adadakı ərazi münaqişələrinin hücumların həyata keçirilə biləcəyi “təhlükəsizlik dəliyi” yaratmasına imkan verməyəcəyini göstərdi.


İsrailin baş naziri Benyamin Netanyahu İranın Kiprdə planlaşdırdığı hücumların zərərsizləşdirilməsini alqışladığını bildirib. Onun ofisi bəyanat yayaraq, İsrailin “yəhudilərə və israillilərə qayğı göstərmək üçün hər yerdə müxtəlif tədbirlər gördüyünü və mümkün olan hər yerdə, o cümlədən İran torpaqlarında, İranın törətdiyi terroru dayandırmaq üçün bu addımları atmağa davam edəcəyini” açıqlayıb. Bu bəyanatda İran “dünyada terrorun əsas təbliğatçısı” adlandırılıb.


İranın Kiprdə israillilərə qarşı planlaşdırdığı əməliyyatın qarşısının alındığını təsdiqləyən İsrailin “Mossad” kəşfiyyat idarəsi, bu uğurun Kipr təhlükəsizlik qurumu və digər xarici xidmətlərlə, o cümlədən ABŞ-la sıx əməkdaşlığının nəticəsi olduğunu bildirib.


Kipr hökumətinin sözçüsü Konstantinos Lethimbiotis “Reuters” agentliyinə ölkənin milli təhlükəsizliklə bağlı məsələləri açıq şəkildə şərh etmədiyini desə də, bu hadisədən dərin narazılığa rəğmən, Nikosiyanın Tehranla bütün rabitə kanallarını açacağını söyləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.