"Vaqner iyulun 1-dən etibarən mövcudluğunu dayandıracaq".
"Haber Global" xəbər verir ki, bunu “Vaqner” muzdlu hərbi təşkilatının sədri Yevgeni Priqojin deyib.
"Heç kim Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı. Vaqner iyulun 1-dən etibarən mövcudluğunu dayandıracaq", - deyə Priqojin vurğulayıb.
O, heç vaxt Rusiya rəhbərliyini devirmək niyyətində olmadıqlarını bildirib: "Məqsədimiz Vaqnerin məhv edilməsinin qarşısını almaq idi. Yürüşümüzə ədalətsizliyə görə başladıq. Biz heç bir aqressiya nümayiş etdirmədik, ancaq raketlər və helikopterlərlə vurulduq. Bizi hərəkətə gətirən də bu oldu".
Priqojin açıqlamasında əlavə edib ki, rus əsgərlərinin qanını tökməmək üçün geri çəkiliblər: "Rusiya aviasiyasını vurduğumuz üçün təəssüflənirik. Xüsusi hərbi əməliyyat zamanı səhvlərə yol verənləri məsuliyyətə cəlb etmək istəyirdik. Bu, Rusiyada ciddi təhlükəsizlik problemlərinin olduğunu göstərdi".