Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin Ermənistana məxsus hissəsinin təmiri yaxın vaxtlarda başa çatacaq.
Yerli mətbuatın məlumatına görə, bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.
O qeyd edib ki, danışıqlar prosesi dayanmayıb və Türkiyənin xüsusi nümayəndəsi ilə təmaslar davam edir.