Putin yenidən xalq qarşısına çıxdı və... "VAQNER" DÖYÜŞÇÜLƏRİNƏ ÜÇ VARİANT TƏKLİF ETDİ
VİDEO

Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi axşam ölkədə son günlərdə yaranmış vəziyyətlə bağlı yenidən xalqa müraciət edib. 

 

Senzor.az bildirir ki, “İstənilən şantaj, daxili iğtişaşlar təşkil etmək cəhdləri uğursuzluğa məhkumdur” deyən dövlət başçısı vurğulayıb ki, silahlı üsyan onsuz da yatırılacaqdı.

 

“Əziz dostlar! Bu gün mən bir daha bütün Rusiya vətəndaşlarına müraciət edirəm. Dözümünüzə, birliyinizə, vətənpərvərliyinizə görə təşəkkür edirəm. Bu vətəndaş həmrəyliyi göstərdi ki, istənilən şantaj, daxili iğtişaşlar yaratmaq cəhdləri uğursuzluğa məhkumdur. Üsyanın təşkilatçıları xalqa və üsyana cəlb olunanlara xəyanət etdilər. Rusiyanın düşmənləri ölkənin qanlı vətəndaş qarşıdurmasında boğulmasını istəyirdilər, səhv hesab edirdilər”, - deyə V.Putin bildirib.

 

Rusiya lideri qeyd edib ki, iyunun 24-də, hadisələr başlayandan onun birbaşa göstərişi ilə çoxlu qan tökülməsin deyə addımlar atılıb: “Bu, o cümlədən səhvə yol vermiş şəxslərə fikirlərini dəyişmək şansı vermək, onların hərəkətlərinin cəmiyyət tərəfindən qətiyyətlə rədd edildiyini bildirmək və Rusiya üçün hansı faciəli, dağıdıcı nəticələrə gətirib çıxaracağını aydınlaşdırmaq üçün idi”.

 

Putin “Vaqnerçi”lərə verdiyi vədi yerinə yetirəcəyini bir daha bəyan edib: "Bu gün sizin Müdafiə Nazirliyi və ya digər hüquq-mühafizə orqanları ilə müqavilə bağlayaraq Rusiyaya xidmətinizi davam etdirmək və ya ailənizin və dostlarınızın yanına qayıtmaq imkanınız var. İstəyən Belarusa gedə bilər. Verdiyim söz yerinə yetiriləcək. Yenə deyirəm, seçim sizindir, amma əminəm ki, bu, faciəvi səhvini başa düşən rus əsgərlərinin seçimi olacaq".

 

Senzor.az







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.