Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Knessetin (Parlament) sədri Amir Ohana ilə görüşüb.
Senzor.az-ın məlumatına görə, bu barədə azərbaycanlı diplomatın “Twitter” səhifəsində məlumat verilib.
Bildirilir ki, görüş zamanı parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyi müzakirə edilib.