Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə axşamı BMT-nin Baş katibi Antonio Quterreş ilə telefon danışığında Qara Dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsi və Suriyaya humanitar yardımın göstərilməsini müzakirə edib.
Senzor.az bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.
Qeyd olunur ki, söhbət BMT Baş katibinin təşəbbüsü ilə baş tutub və o, Fidanı Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.