İyunun 28-də Serbiya Prezidenti Aleksandar Vuçiçin oğlu Danila Vuçiçin olduğu avtomobil Kosovo polisi tərəfindən saxlanılıb.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Serbiya Prezidentinin oğlu Priştinanın repressiyalarına etiraz edən Qraçanitsadakı soydaşlarına dəstək olmaq üçün Kosovoya gəlib. Vuçiç yerli serblərin qarşısına üzərində üzərində “Təslim olmaq seçim deyil” yazılmış köynəkdə çıxıb.
Prezident A.Vuçiç bildirib ki, oğlunun avtomobilində 3 dəfə axtarış aparılıb.
“Danilo artıq balaca deyil, o, Kurtidən (Kosovonun baş naziri - red.) daha cəsarətlidir. O, üzərində “Təslim olmaq seçim deyil” yazılmış köynəkdə Priştinanın mərkəzində gəzib və dua etmək üçün Qraçanitsada liturgiyaya gedib”, - Vuçiç bəyan edib.