Ermənistanın baş naziri Nikol Paşinyanın sərəncamı ilə iki nazir müavini istefaya göndərilib.
Senzor.az xəbər verir ki, Ermənistan baş naziri fövqəladə hallar nazirinin iki müavini - Artyuş Qriqoryan və Ara Nazaryan vəzifələrindən azad edilib.
Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin Baş katibi Lilit Mirzəxanyan da istefaya göndərilib.
Xatırladaq ki, Ermənistan prezidenti Vaaqn Xaçatryanın sərəncamı ilə fövqəladə hallar naziri Armen Pambuxçyan bu günlərdə istefaya göndərilmişdi.