"Vaqner"in silahlı qiyamından sonra ölkədən MDB ölkələrinə və Gürcüstana qaçan 116 rusiyalı Xarici İşlər Nazirliyinə onları vətənlərinə qaytarmağı xahiş edib.
Bu barədə Mash teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, MDB ölkələrində və Gürcüstanda olan 116 rusiyalı XİN-dən Priqojinin qiyamından sonra onları vətənlərinə qaytarmaq üçün kömək istəyib.
"Ötən şənbə günündən indiyədək 96 nəfər MDB ölkələrindən çıxarılması xahişi ilə XİN-ə müraciət edib. 20 nəfər Gürcüstandan qayıtmaq istəyib. 2022-ci Rusiyaya qayıtmaq istəyən hər kəsə qayıdış şəhadətnaməsi verilib.
Çox baha qiymətlərə bilet alıb başqa ölkəyə gedənlər olub. İndi həmin şəxslərin geri qayıtmaq üçün bilet almağa pulları yoxdur. Özbəkistanda bir, Moldovada isə 7 nəfər Rusiyaya qayıtmaq üçün pul tələb edib", deyə Mash teleqram kanalı yazıb.(APA)