Rusiya ilə bağlı Avropa İttifaqından İran və Belarusa çağırış

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Moskvanı iqtisadi-siyasi və hərbi baxımdan dəstəkləyən ölkələri qınayaraq, onları belə siyasətdən əl götürməyə çağırır.


Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Ukrayna müharibəsində İran və Belarusun Rusiyaya hərbi dəstəyini pisləyiblər. Bu məqam ittifaq liderlərinin Brüsseldə keçirilən görüşünün nəticələri barədə yekun sənədində ehtiva olunub.


Avropa Şurası İran və Belarusun Rusiyanın (Ukrayna müharibəsində - red.) təcavüzünə davamlı hərbi dəstəyini pisləyir. Belarus artıq Rusiya silahlı qüvvələrinin öz ərazisindən istifadəsinə, o cümlədən bu ərazidə taktiki nüvə silahlarının yerləşdirilməsinə icazə verməməlidir. İran daha Rusiyaya pilotsuz təyyarələr verməməlidir. Rusiya müharibə üçün ərzaqdan rıçaq kimi istifadə etməyə davam edir və bununla da dünyanın ərzaq təhlükəsizliyini pozur. Avropa Şurası Qara dənizdən taxıl ixracına dair sazişin ləng yerinə yetirilməsindən dərin narahatdır və bütün bu əməliyyatın tez bir zamanda bərpasını istəyir”, - sənəddə vurğulanır.


“Reyters” agentliyinin dörd məlumatlı mənbəyə istinadən verdiyi xəbərə görə, avropalı diplomatlar həm də Aİ-nin İranın ballistik raket istehsalına qarşı oktyabrda başa çatacaq sanksiyalarını uzatmaq niyyətində olduqlarını İrana bəyan ediblər.

İranda ballistik raket istehsalına qarşı sanksiyaların uzadılmasının səbəblərindən biri


Rusiyanın Ukraynaya hücumunda İran PUA-larından istifadə etməsidir. Digər səbəb isə Ukrayna müharibəsində Tehranın Rusiya ballistik raketlərini tədarük edəcəyi ehtimalını nəzərdən keçirməsidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.