Səhər saatlarında Fransada iğtişaşlarla əlaqədar yüzlərlə insan saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen sosial şəbəkə hesabında yazıb.
Nazir bütün ölkə üzrə 400-dən çox insanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını açıqlayıb.
“Axşam saatlarından indiyədək 427 nəfəri həbs edən polisin qətiyyətli tədbirləri sayəsində gecə daha sakit keçdi”, - nazirin paylaşımında bildirilir.
Darmanen onu da bildirib ki, ötən gecə olduğu kimi, bu gecə də ölkədə 45 min polis və jandarm öz vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 27-də Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı əlcəzairli sürücünü güllələyərək öldürməsi ölkədə kütləvi narazılığa səbəb olub.