Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zohuri ilə görüşüb.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki. tərəflər müvafiq sahələrdə əməkdaşlığı müzakirə ediblər.
"Andreasyan diplomata Ermənistan-İran münasibətlərinin möhkəmləndirilməsi və əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib. Nazir təmsil etdiyi qurumun Ermənistan-İran dostluq əlaqələrinin inkişafı və dərinləşməsinə kömək etməyə hazır olduğunu təsdiqləyib. O, həmçinin Ermənistanın ümumi təhsil müəssisələrində fars dilinin tədrisi proqramının genişləndirilməsində İranın köməyinin vacibliyini vurğulayıb", - məlumatda yazılıb.
Zohuri vurğulayıb ki, İran tərəfi xüsusilə təhsil və mədəniyyət sahələrində əməkdaşlığın miqyasını genişləndirməyə hazırdır.(AzVision.az)