Beynəlxalq turnirdə erməni karateçidən Azərbaycan idmançısına qarşı təxribat
VİDEO

Gürcüstanda keçirilən "Batumi Open" beynəlxalq karate turniri erməni təxribatı ilə yadda qalıb.

 

Senzor.az bildirir ki, bu barədə jurnalistlərə Azərbaycan Karate Do Federasiyanın məşqçisi Elmin İsayev məlumat verib.

 

Onun sözlərinə görə, insident "Samuray Karate" klubunun üzvü Alika Semixova ilə erməni rəqibi arasında keçirilən final görüşündə yaşanıb: "İdmançımız əsas vaxtda Ermənistan təmsilçisinə 2:0 hesabı ilə qalib gəldi. Bundan sonra bəzi ritualları yerinə yetirib tatamidən çıxmaq istədi. Bu zaman məğlubiyyəti həzm edə bilməyən erməni idmançı Alikaya yaxınlaşdı. Elə bildik ki, görüşməyə gəlir. Amma o, idmana və idmançıya yaraşmayan tərzdə davranaraq, karateçimizin üzünə zərbə vurdu. Bununla belə, idmançımız təmkinli davrandı və öz mədəniyyətini nümayiş etdirdi. Hər şey Yaponiyadan gələn Dünya Şotokan Karate Federasiyasının prezidenti Hitoşi Kasuya Senseyin gözləri önündə baş verdi".

 

E.İsayev bildirib ki, həmin vaxt erməni idmançı ümumiyyətlə yarışdan uzaqlaşdırılmalı idi: "Gümüş medal əlindən alınmalı və kürsüyə qalxmamalı idi. Təəssüf ki, gürcülər bunu etmədilər. Biz onların cəzasını qızıl medal qazanıb bayrağımızı ən yüksək zirvəyə qaldırmaqla verdik".

 

Qeyd edək ki, turnirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, İran, Ermənistan, Şotlandiya, ABŞ və Özbəkistan karateçiləri mübarizə aparıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.