Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaq tamamlanıb

“Yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə hücum iki ölkə arasında dostluq münasibətlərini pozan əsassız, acı və bədbəxt hadisə idi”.


Bu barədə İranın məhkəmə və ədliyyə sisteminin sözçüsü Məsud Satayşi mətbuat konfransında Azərbaycan səfirliyinə hücumla bağlı ədliyyə orqanlarının fəaliyyətindən danışarkən bildirib.


Onun sözlərinə görə, hücumun əsas səbəbkarı və ya rolu olan hər hansı şəxs qəti, sərt və qanuna müvafiq qaydada cəzalandırılacaq.


“Geniş araşdırmalardan sonra işin müxtəlif ölçülərinin müəyyənləşdiyi məqama gəldik və istintaq yekunlaşdı. İş Azərbaycan hökumətinin əməkdaşlığı ilə yekun qərara gətirib çıxaracaq. Sizi əmin edirik ki, ölkənin daxili təhlükəsizliyini pozmaq istəyən hər kəslə məhkəmə sistemi məşğul olacaq”, - deyə o bildirib.


Xatırladaq ki, 2023-cü il yanvarın 27-də, səhər saat 08:30-da Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki əməkdaş - Vasif Tağıyev və Mahir İmanov - isə ağır dərəcəli bədən xəsarətləri alıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə ediliblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.