Azərbaycan Qarabağ müharibəsində ölən daha 11 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.
Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Qeyd olunub ki, qalıqlar qarşı tərəfdən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində verilib. Onların kimliyi məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək.
Xatırladaq ki, müharibədən keçən müddət ərzində ümumilikdə 1697 erməninin meyiti və ya qalığı aşkarlanıb.