NATO Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenskinin Alyansın Vilnüsdə keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib.
Xarici KİV xəbər verir ki, o, bu barədə Litva Prezidenti Gitanas Nauseda ilə birgə keçirdiyi mətbaut konfransında deyib.
Y.Stoltenberq söyləyib ki, V.Zelenski Ukrayna-NATO Şurasının açılışında iştirak edəcək: “Biz siyasi əlaqələrimizi daha da gücləndirəcəyik”.
Stoltenberqin sözlərinə görə, sabah müttəfiqlər Ukraynanın NATO-ya üzvlük yolunu da müzakirə edəcəklər.
Qeyd edək ki, iclas iyulun 11-12 -də keçiriləcək.