
AzərTAc xəbər verir ki, ABŞ hərbi gəmisi xəbərdarlığa baxmayaraq, İranın ərazi sularına yaxınlaşıb. Buna cavab olaraq İranın hərbi katerləri gəmini atəşə tutublar. Bundan sonra ABŞ hərbi gəmisi hadisə yerindən uzaqlaşıb.
SEPAH-ın yaydığı açıqlamada bildirilib ki, ABŞ hərbi gəmisi xəbərdarlıq atəşinə məhəl qoymadığı üçün atəşə tutulub.