
Senzor.az Vətən müharibəsinin 39-cu gününün xronikasını təqdim edir.
• Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün "Tvitter" hesabında bildirib.

• Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, üç ədəd D-30 topu, “Zastava M-55” zenit qurğusu, bir ədəd taktiki PUA-sı, üç ədəd hərbi yük maşını sıradan çıxarılıb.
• Ermənistan silahlı qüvvələrinin bir ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə vurulub.

• İşğalçı ordunun 5-ci dağatıcı alayının xeyli sayda şəxsi heyəti və döyüş texnikası məhv edilib.
• Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 4-dək 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb, 2734 ev, 98 çoxmənzilli yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
