
Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu Ermənistan XİN başçısının müavini Vahe Gevorkyan deyib.
Onun sözlərinə görə, kommunikasiyaların açılması ilə bağlı yeni görüşün keçirilməsi istisna deyil: "Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Düşünürəm ki, yaxın vaxtlarda yeni görüşlər baş tutacaq və danışıqlar prosesinin tam bərpası üçün şərait yaradılacaq", - deyə o vurğulayıb.
Vaqe Qevorqyan onu da əlavə edib ki, bu danışıqlar köhnə formatda aparılacaq.
Nazir müavini Azərbaycanla Türkiyənin “3+3” təşəbbüsünə də cavab verib: “Regional əməkdaşlıq formatı hazırda mövcud olan formatları təkrar etməməlidir. Region dəyişir və Ermənistan “3+3” formatı ilə yanaşı, digər əməkdaşlıq təklifləri də alır. Bütün təkliflər müzakirə olunur, amma “3+3” formatı ilə bağlı yekun qərar verilməyib”.