
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qırğızıstan Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, hadisə noyabrın 4-də baş verib.
"Leylək rayonunda Arka-Borborduk tranzit yolunda qırğız hərbçi avtomobillə dönmə əməliyyatı edərkən 5 tacik hərbçi avtomobili daşa basıb. Xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib, şüşələri sındırılıb", - açıqlamada vurğulanıb.
Bundan başqa, onlar Qırğızıstanın hərbçisini tutmaq üçün uğursuz cəhd göstəriblər.
Məlumata görə, faktla bağlı araşdırma aparılır. İki ölkənin qeyd edilən istiqamətdəki sərhəd nümayəndələrinin görüşünün keçirilməsi planlaşdırılır.