Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Tesla” şirkətinin baş direktoru İlon Maskla görüşüb.
Bu barədə Anadolu agentliyi məlumat yayıb.
Məlumata görə, Ərdoğanla Maskın görüşü Nyu Yorkdakı Türkiyə Evində baş tutub.
Görüş zamanı Ərdoğan Maskdan “Tesla”nın 7-ci zavodunu Türkiyədə inşa etməsini istəyib.