Gürcüstanda Saakaşviliyə növbəti dəstək aksiyası keçirilir -
GÜCLÜ POLİS NƏZARƏTİ ALTINDA
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tərəfdarları Tbilisidə parlament binası qarşısına toplaşaraq ona dəstək üçün növbəti aksiya keçirirlər.
 
"RİA Novosti" xəbər verir ki, hazırda parlamentə bitişik Rustaveli prospektinə patrul polis briqadaları səfərbər edilib.
 
Aksiyanın təşkilatçıları Vahid Milli Hərəkat müxalifət partiyasının üzvləridir. Etirazçıların əsas tələbləri Saakaşvilinin həbsxana xəstəxanasından mülki klinikaya köçürülməsi, azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsidir.
 
Senzor.az
xatırladır ki, M.Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb və Rustavidəki 12 saylı həbsxanaya yerləşdirilib. Noyabrın 8-də isə Tbilisinin 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülüb. Köçürülmə prosesində o, ciddi mənəvi və fiziki zorakılığa məruz qalıb. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılandan sonra dəstək aksiyalarına qoşulanların sayı daha da artıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.