Polşa Belarusla sərhədini beton divarla bağlayacaq.
“RİA Novosti” xəbər verir ki, bunu Polşanın daxili işlər və administrasiya nazirinin müavini Maçey Vonsik deyib.
O, 2022-ci ilin birinci yarısında divar tikintisini başa çatdırmaq istədiklərini bildirib.
Məlumata görə, hazırda Polşa iki ölkə sərhədinə 4 min sərhədçi, 2 min polis əməkdaşı və ordunun 15 min əsgərini yerləşdirib.
Senzor.az xatırladır ki, Belarus-Polşa sərhədində miqrasiya böhranı yaydan davam edir, vəziyyət noyabrın 8-də 3 min nəfərə yaxın qeyri-qanuni mühacirin Polşa sərhədlərinə yaxınlaşması ilə gərginləşib. Söhbət Yaxın Şərq və Afrika ölkələrindən Belarusa qanuni yolla gələn, sonra isə Avropa İttifaqına daxil olmaq üçün Polşaya və ya Baltikyanı ölkələrə üz tutan qaçqınlardan gedir. Onların əksəriyyəti Polşaya keçməyə cəhd göstərir.