Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Almaniya Kansleri səlahiyyətlərini icra edən Angela Merkel arasında telefon danışığı olub.
Məlumatı Belarusun “Belta” xəbər agrntliyi yayıb.
50 dəqiqə davam edən telefon danışığı zamanı tərəflər ilk növbədə Belarus-Polşa, Belarus-Litva və Belarus-Latviya sərhədlərində qaçqınlarla bağlı vəziyyəti müzakirə ediblər.
Söhbətdə sərhəddə vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün miqrasiya probleminin həlli yollarına və perspektivlərinə toxunulub. Belarus Prezidenti ilə Merkel qaçqınlara humanitar yardımın göstərilməsi barədə də fikir mübadiləsi aparıblar.
Ölkə liderləri vəziyyəti həll etmək üçün gələcək təmaslar barədə razılığa gəliblər.
Senzor.az xatırladır ki, bir neçə gün əvvəl Almaniya Kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinə zəng etmişdi. Söhbət zamanı Almaniya Kansleri Belarus lideri Aleksandr Lukaşenkonun miqrantları Avropa Birliyi sərhədlərinə qəsdən yönləndirməkdə və bununla sanksiyalara görə Brüsseldən qisas almaqda ittiham etmişdi. O, Putindən bu hallara son qoyulması üçün Lukaşenko ilə danışmasını istəmişdi.
Putin isə cavabında Brüsselə Minsklə danışıqlara getməyi məsləhət görmüşdü. Görünür, Avropada Rusiya liderinin məsləhətini nəzərə alıblar.