Qarabağdakı Rusiya sülhməramlı kontingenti ABŞ və Avropa İttifaqının (Aİ) qeyri-sabitlik yaydığı bir vaxtda Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına kömək etməyə hazırdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yazdığı məqalədə belə deyilir.
O qeyd edib ki, "İndi Brüssel öz geosiyasi ambisiyalarının qayğısına qalaraq, "vasitəçilik xidmətlərini" Azərbaycan və Ermənistana yükləyir. Onlar Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olurlar. Hazırda İrəvan və Bakı liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olması və etimadı möhkəmləndirməyin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti isə buna hər cür töhfə verməyə hazırdır".