
ABŞ təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı vacib olmayan diplomatik heyətini və onların ailə üzvlərini də ölkədən çıxarmağa başlayıb.
Senzor.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat verilib.
Qeyd olunub ki, Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanına, o cümlədən mülki hava limanlarına və mühüm infrastruktura hücumlar həyata keçirirlər.
Dövlət Departamenti ABŞ vətəndaşlarını mümkün raket və dron hücumları, hava məkanının bağlanması, uçuşların ləğvi və nəqliyyatda yarana biləcək fasilələrlə bağlı xəbərdar edib. Vətəndaşlara Krallıqdakı hava limanlarından istifadə edərkən son dərəcə ehtiyatlı olmaq tövsiyə olunub.
Həmçinin amerikalılara raket və dron hücumlarının, eləcə də onların düşdüyü ərazilərin foto və videolarını çəkməyin və yaymağın qadağan olduğu xatırladılıb.
Xatırladaq ki, ABŞ bundan əvvəl Yaxın Şərqin digər ölkələrindəki diplomatlarını və bəzi hərbçilərini də təxliyə edib. (Bax: https://www.youtube.com/shorts/Zzg1TMXOuC0)