
Polşanın Baş naziri Donald Tusk xalqa axşam müraciətində Prezident Karol Navrotski ilə Konstitusiya Məhkəməsi mübahisəsində güzəştə getmək niyyətində olmadığını bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tusk çıxışında "müstəqil və demokratik Polşanın qorxub təslim olması üçün çox gözlədik" deyə qeyd edib.
Baş nazir Prezident Karol Navrotski və sələfi Andjey Dudanı ölkədə qanunun aliliyini məhv etməkdə günahlandırıb. Tusk həmçinin qeyd edib ki, qanunun aliliyi ilə idarə olunan bir dövlətdə siyasətçi, hətta Prezident olsa belə, məhkəmə zalına girə, fərmanlar verə və hakimləri qorxuda bilməz.
Tuskun Kabinetinin keçmiş üzvü Maçey Bereki Konstitusiya Məhkəməsində hakim təyin etmək qərarından sonra Polşada siyasi böhran yaranıb. Son həftələrdə məhkəmə binasının qarşısında mütəmadi olaraq etiraz aksiyaları keçirilir. Oktyabrın 30-da ədliyyə naziri Valdemar Žurek Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Bohdan Şvençkovskinin vəzifəsindən uzaqlaşdırılması və toxunulmazlığının ləğvi üçün vəsatət qaldırıb. Məhkəmə ərazisini qorumaq üçün əlavə polis qüvvələri cəlb edilib. Oktyabrın 31-i gecəsi etirazçılar məhkəmə binasının qarşısında toplaşaraq hasarı aşmağa cəhd ediblər. Polis dörd nəfəri saxlayıb.
Böhranın pisləşməsi səbəbindən Polşa Prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq qoyaraq Varşavaya qayıdıb.
Bəzi müxalifət siyasətçiləri hadisələri dövlət çevrilişi cəhdi adlandırıblar.
Müxtəlif, o cümlədən müstəqil ekspertlərin fikrincə isə, hazırkı böhran, 2015-ci ildə başlayan Konstitusiya Məhkəməsi ətrafında uzun müddətdir davam edən münaqişənin davamıdır.
Daha ətraflı təqdim etdiyimiz videolarda: (https://www.youtube.com/watch?v=nbvjMb0a-C8);
(https://www.youtube.com/watch?v=XMfFB_wpsPg)