Bu gün keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin fövqəladə iclasına həm Fələstin, həm də İsrail xarici işlər nazirləri də dəvət olunub.
Bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "X" hesabında bildirib.
"Mən İsrailin xarici işlər naziri Eli Koeni bu gün günortadan sonra baş tutacaq Aİ xarici işlər nazirlərinin toplantısına qoşulmağa dəvət etmişəm.
Fələstin xarici işlər naziri Riyad Əl-Malkini də görüşdə çıxış etmək və Fələstin Administrasiyasının fikirlərini təqdim etmək üçün dəvət etmişəm", -Borrell bildirib.
Qeyd edək ki, fövqəladə iclas virtual formatda keçiriləcək.