Orban Aİ-nin Ukraynaya maliyyə yardımını bloklamayacağını deyib

Macarıstan Baş naziri Viktor Orban hansı halda ölkəsinin Avropa İttifaqının Ukraynaya 50 milyard avroluq maliyyə yardımını bloklamayacağını deyib.


Bu barədə Macarıstan hökumət başçısı "LePoint"ə müsahibəsində danışıb.


"Biz kompromis təklifi vermək qərarına gəldik: yaxşı, biz büdcə dəyişikliyi ilə razı deyilik. Biz razı deyilik ki, 50 milyard avro (Ukraynaya - red.) verməliyik, bu, böyük məbləğdir. Bu maliyyəni dörd il ərzində verməklə razılaşmırıq. Amma Macarıstan iyirmi yeddiliyin (Aİ-yə üzv ölkələr - red.) həllində iştirak etməyə hazırdır, əgər onlar zəmanət versələr ki, hər il biz bu pulu göndərib-göndərməyəcəyimizə qərar verəcəyik və bu illik veriləcək bir qərar olacaq. Qərarın hər il indiki kimi hüquqi əsası olmalıdır: yekdil olmalıdır. Təəssüf ki, bu mövqe bəzi ölkələr tərəfindən hər il onları şantaj vasitəsi kimi başa düşülür və ya şərh edilir", - Orban deyib.


Xatırladaq ki, ötən ilin dekabrında Macarıstanın Baş naziri 2027-ci ilə qədər Ukraynaya 50 milyard avro (17 milyard subsidiya daxil olmaqla) maliyyə dəstəyinin verilməsi qərarına veto qoyub. O vaxtdan bəri müzakirələr dalana dirənib.


Fevralın 1-də Aİ Şurasının büdcə ilə bağlı fövqəladə iclası keçiriləcək.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.